Avropa Birliyi ilə İran arasında birbaşa danışıqlar başlayır

31 Avqust 2012 12:43 (UTC+04:00)


İranla Avropa birliyi arasında birbaşa danışıqlar başlayır. AzNews.az-ın iran.ru saytına istinadın verdiyi xəbərə görə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton ilə İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili yaxın günlərdə görüşəcək.

Bu barədə məlumatı birliyin rəsmi təmsilçisi Maykl Mann Brüseldə keçirdiyi mətbuat konfransında açıqlayıb. Bununla belə o görüşlə bağlı dəqiq tarix açıqlamayıb və bildirib ki, tərəflər sadəcə telefon əlaqəsi də yarada bilərlər. birliyin sözçüsü həmçinin əlavə edib ki, "altılığın" İranla gələcək danışıqları məhz bu görüşdən asılı olacaq. "Biz ümid edirik ki, İran həqiqətən də nüvə silahı əldə etmək üçün çalışmır və onun niyyəti sadəcə nüvə enerjisindən istifadə etməkdir".

Sadiq
AzNews.az