Yük maşını aşdı - Gənc sürücü öldü

18 Aprel 2014 17:16 (UTC+04:00)
Sabunçu rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Shacman" markalı yük avtomobili yola aşıb və sürücü 1991-ci il təvəllüdlü Elton Lütvü oğlu Qədirov avtomobilin altında sıxılmış vəziyyətdə qalaraq hadisə yerində vəfat edib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə ağır yük qaldırma qabiliyyətinə malik qaldırıcı kranın köməyi ilə aşmış avtomobili qaldıraraq E.Qədirovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzNews.az