Cəlal Əliyevə mükafat təqdim edildi - Siyahı

18 Aprel 2014 17:30 (UTC+04:00)
Milli Elmlər Akademiyasının 7 alimi Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlara layiq görülüblər. Aprelin 18-də mükafatlar sahiblərinə təqdim edilib.



AzNews.az Teleqraf.com-a istinadən mükafat alan şəxslərin siyahısını təqdim edir:

akademik Çingiz Qacar - fizika elmi sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Nəsirəddin Tusi adına mükafatı;

akademik Cəlal Əliyev və AMEA-nın müxbir üzvü İradə Hüseynova - kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafat;

akademik Ömər Eldarov - Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafat;

akademik Böyükkişi Ağayev - səhiyyənin və tibb elminin fundamental, tətbiqi sahələrinin inkişafındakı çoxillik xidmətlərinə və nailiyyətlərə görə akademik Mirəsədulla Mirqasımov adına mükafat;

akademik Məhərrəm Məmmədyarov - xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kim¬ya sahəsində əldə etdiyi nailiyyətlərə görə akademik Yusif Məmmədəliyev adına mükafat;

geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşov - geologiya sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə akademik Musa Əliyev adına mükafat.

Alimlərə adlı mükafatlarla yanaşı diplom və beş min manat həcmində pul mükafatı da təqdim olunub.

AzNews.az