Suriyada partlayış - 14 ölü

18 Aprel 2014 21:31 (UTC+04:00)
Suriyanın Homs şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər ölüb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ölənlər arasında qadın və uşaqlar var.

Öz növbəsində, müxalifət 30 nəfərin öldüyünü bildirərək partlayışın törədilməsində hökumət qüvvələrini ittiham edib.

Qeyd edək ki, bu həftə Suriyanın hökumət qüvvələri Homsda üsyançılara qarşı əməliyyat keçirir.

AzNews.az