Universitet məzunlarına pis xəbər: əsgərlik müddəti uzadıldı

19 Aprel 2014 10:05 (UTC+04:00)
Türkiyədə universitet məzunlarının hərbi xidmət müddəti uzadılıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, əsgərlik müddətinin 15 aydan bir ilə endirilməsinin ardından ali təhsillilərin xidmət vaxtı 12 gün artırılıb. Bununla bağlı 4 nəfər universitet məzunu etirazını bildirərək Türkiyə Böyük Millət Məclisinə məktub göndərib.

İntiqam
AzNews.az