Xəstəxananın həyətində yeni doğulmuş körpə meyiti tapıldı

19 Aprel 2014 10:22 (UTC+04:00)
Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti tapılıb.

Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Qax Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş oğlan uşağının meyitinin tapılması barədə polisə məlumat daxil olub, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

Araşdırmalar zamanı uşağın vaxtından əvvəl doğulduğu müəyyən edilib. Həkimlər uşağın xəstəxanada doğulmadığını bildiriblər.

Hazırda meyitin ora kimin tərəfindən və hansı məqsədlə atıldığı araşdırılır.

AzNews.az