Ramil Səfərov ilk açıqlamasını AzNews.az-a verdi

31 Avqust 2012 13:20 (UTC+04:00)

Bu gün Azərbaycana gətirilən və Prezident tərəfindən əfv olunan Ramil Səfərov artıq evindədir. Ramil azadlıqda ilk təəssüratlarını Aznews.az əməkdaşı ilə paylaşıb: "Artıq evimdəyəm, ailə üzvlərim və qohumlarımla görüşürəm. Özümü çox xoşbəxt hesab edirəm. Bu illər ərzində mənim azadlığım üçün çalışan şəxslərə və jurnalistlərə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun ki, sevincimi bölüşürsüz".

Sevinc Fədai
AzNews.az