Xəzər rayonunda yanğın baş verib

19 Aprel 2014 21:21 (UTC+04:00)
Bakının Xəzər rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 30 kv.m olan hamamda baş verib. Nəticədə, tikilinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az