Rza Zərrab: “İran agenti deyiləm, iş adamıyam”

19 Aprel 2014 21:40 (UTC+04:00)
"İran agenti deyiləm, iş adamıyam, 1 yaşından Türkiyədə yaşayıram, qızıl ticarəti sərbəstdir, qaçaqçılığı yoxdur"...

Musavat.com xəbər verir ki, 17 dekabr 2013-cü il tarixində Türkiyədə keçirilən "Böyük Rüşvət Əməliyyatı"nın mərkəzi fiquru Rza Zərrab Türkiyənin aylardır davam edən sükutu pozub. O, baş nazir T. Ərdoğanın ailə üzvlərinə məxsus olan A Haber kanalına geniş müsahibə verib. Bu xəbər yayılanda həmin müsahibə hələ də yayınlanırdı. Rza Zərrab jurnalistlərn demək olar ki, bütün suallarına cavab verib. O, deyib ki, 1983-cü ildə İranda doğulub, 1984-cü ildən - 1 yaşından Türkiyədə yaşayır. Ata-anasının isə 1975-ci ildən Türkiyədə iş və oturum izni var. Suallara cavab verən Rza Zərrab aylardır mediada dolsan iddialara dair suallara cavab verərkən İran agenti iddiasını inkar edib: "Heç bir dövlətin agenti deyiləm, mən bir iş adamıyam". Rza Zərrab deyib ki, dünyada qızıl ticarəti sərbəstdir, vergisizdir və bu səbəbdən də onun qaçaqçılığı ola bilməz.

O, suallar verən jurnalistləri də qınayıb ki, indiyə qədər heç bir jurnalist araşdırmayıb ki, qızıl ticarətinin qaçaqçılığı ola bilməz. Olduqca diribaş, hazırcavab görünən Rza Zərrab 17 dekabr "Böyük Rüşvət Əməliyyatının" tərtibçilərini də qəzəblə tənqid edib. O, özünün bütün iddialardan müdafiə edib və heç bir cinayət işləmədiyini söyləyib.
Rza Zərrab deyib ki, İstanbula enən "qızıl dolu əsrarəngsiz uçaq"la bağlı suallara cavab verərkən də deyib ki, uçaqdakı mal onun deyildi; 1.6 ton qızıl ona təklif olunub, lakin əskik sənədləri olduğu üçün onu qəbul etməyib.
Rza Sərrab Əbru Gündəşlə evlənmə hekayəsindən tutmuş, İranlı milyarder Zəncani ilə münasibətlərinə, 87 milyard avro qara pulu Türkiyə üzərindən yuma iddialarına da cavab verib.
O, deyib ki, heç bir xəyali şirkəti yoxdur; bütün şirkətləri leqaldır. 87 milyard rəqəmi isə gülüncdür. İranla Türkiyə arasında mal dövrüyyəsi 3 milyard dollar olduğu halda, bu qədər paranın yuyulması ağılalmazdır.

O deyib ki, yapdığı bütün maliyyə əməliyyatları şəffaf və banklar üzərindən aparılıb.


AzNews.az