Bakının əsas yollarından biri istifadəyə verildi

20 Aprel 2014 18:19 (UTC+04:00)
Bakı şəhərinin Yasamal rayonunda təmirə bağlanmış yol sürücülərin istifadəsinə verilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən İsgəndər Zülalov küçəsi ilə kəsişməsinə qədər ("Kaktus" restoranının yanı) olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşdırılıb. Yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.


AzNews.az