Sabah yağış yağacaq

20 Aprel 2014 19:43 (UTC+04:00)
Azərbaycan sinoptikləri həftənin ilk iş günün yağış vəd edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərdə bildirilir ki, aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, keçəcəyi, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 21-də hava nisbətən yağmırlı keçəcək, arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlıq ərazilərdə gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

AzNews.az