Salyanda yanğın baş verdi

20 Aprel 2014 20:46 (UTC+04:00)
Salyanda transformatorun yağı və sarğıları yanıb.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Salyan şəhərində zavoda məxsus gücü 250 KVT olan transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az