ATV-nin aparıcısı nişanlandı- FOTOLAR

21 Aprel 2014 08:36 (UTC+04:00)
Dünən aparıcı Samirə Rüstəmovanın nişanı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı, psixoloq Kənan Rəhimovla ailə həyatı qurmağa hazırlaşır. Çox xoşbəxt olduğunu deyən Samirə təəssüratlarını bizimlə bölüşüb:

"Bir-birimizi sevirik. Ailəmizi sevgi üzərində qururuq. Münasibətdə ən əsas amil də budur. Çox xoşbəxtəm və hər kəsə belə sevib-sevilməyi arzu edirəm".

S.Rüstəmova toyun oktyabrda baş tutacağını bildirib.

Qeyd edək ki, Samirə ATV telekanalında yayımlanan "Şarm" verilişinin aparıcısı, "ATV maqazin" jurnalının baş redaktoru olub.

AzNews.az