Markesin meyiti yandırıldı

21 Aprel 2014 10:09 (UTC+04:00)
Markeslə bağlı ilk mübahisə başladı

Məşhur kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin cəsədi yandırılıb.

AzNews.az –ın xarici mətbuata istinadən veridiyi xəbərə görə, məşhur yazıçı krematoriyaya aparılaraq yaxınlarının iştirakı ilə yandırılıb. Amma indidən Markesin külünün harada basdırılacağı ilə bağlı yaxınları arasında anlaşılmazlıq yaranıb və mübahisələr başlanıb. Kolumbiyada anadan olan Markes son 50 ili Meksikanın paytaxtı Mexikoda yaşayıb. Məşhur yazıçı ilə vida mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, Qabriel Qarsia Markes bu ayın 17-də dünyasını dəyişib.

İntiqam
AzNews.az