5 yaşlı qızın əlini ət maşını doğradı

21 Aprel 2014 10:29 (UTC+04:00)
Şamaxı rayonunda nəzarətsiz qalan azyaşlı uşaq bir əlini itirib.

APA-nın məlumatına görə, hadisə şəhərin Mübariz Əliyev küçəsi 3 saylı ünvanda qeydə alınıb.

2009-cu il təvəllüdlü Əliyeva Nəzrin Davud qızı mətbəxdə anasının yanında oynayarkən qəflətən əlini elektriklə işləyən ət maşınının içinə salıb. Maşın onun sol əlini doğrayıb.

Təcili Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Nəzrin Əliyevanın əli amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az