Erməni KİV - Ramil Səfərov azad edildisə Nalbandyan istefaya getməlidir

31 Avqust 2012 15:04 (UTC+04:00)

Erməni KİV-ləri Ramil Səfərovun azad olunması ilə bağlı şok içərisindədir. Armtoday.info saytı Qarabağ müharibəsi veteranı, "Patrida" cəmiyyətinin sədri Eduard Polatovdan müsahibə götürüb. Polatov bildirib ki, Ramil Səfərovun azadlığa buraxılması Ermənistan Xarici İşlər Nazirliyi və ümumiyyətlə siaysi hakimiyyətin fəaliyyətsizliyinin nəticəsidir.

"Mən hesab edirəm ki, mən bütün olanları nəzərə alaraq hesab edirəm ki, indiki Xarici İşlər nazirinin istefasını tələb etmək lazımdır. Nazir postu onun üçün deyil."

O, həmçinin ümumilikdə Ermənistan rəhbərliyini hadisələrin inkişafını izləməməkdə və səssiz qalmaqda ittiham edib və bildirib ki, Xarici İşlər nazirliyinin bu səssizliyi xəyanət kimi qiymətləndirilməlidir.

Sadiq
AzNews.az