Putin Krım xalqları barədə fərman imzaladı

21 Aprel 2014 21:38 (UTC+04:00)
Aprelin 21-də, Rusiya prezidenti Vladimir Putinin Stlain dövründə repressiyaya məruz qalmış Krım xalqlarının reabilitasiyası haqqında fərmanı imzalayıb.

AzNews.az xəbər verir ki, Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, bu fərman tatar, yunan, alman və ermənilərə şamil ediləcək.

Həmin fərmana əsasən, Krımın bəzi bölgələrində sosial-iqtisadi tiklilər bərpa ediləcək.

Xatırladaq ki, aprelin 17-də V.Putin "birbaşa xətt"də Krım türkləri ilə bağlı "tarixə müraciət etmişdi": "II Yekatrina Krım tatarlarını Rusiyanın tam hüquqlu vətəndaşı qəbul edilməsi haqda əmr vermişdi. Bu, çox müdrik və düzgün siyasət idi. Biz bu gün onu dəstəkləmək niyyətindəyik".

AzNews.az