Hüseyn Dəryanın ailəsi Rəqsanənin köməyindən imtina etdi

22 Aprel 2014 07:30 (UTC+04:00)
Mərhum rep ifaçısı Hüseyn Dəryanın ailəsi ilə müğənni Rəqsanə İsmayılova arasında anlaşılmazlıq yaranıb. Fikir ayrılığının yaranmasına səbəb R. İsmayılovanın rep ifaçısının qəbirüstü abidəsinin xərclərini çəkməsi ilə bağlı açıqlaması olub.

AzNews.az-ın məlumatına görə, ötən gün "Adam içində" verilişində iştirak edən rep ifaçısının anası Abtab Muradova bildirib ki, ailə oğlunun qəbirüstü abidəsinin xərclərini çəkməsi ilə razı deyil: "Rəqsanə bununla bağlı açıqlama verəndə və işə başlamaq istəyəndə ona sifariş göndərərək, ehtiyac olmadığını dedim. Əlbəttə, ona bu xoş niyyətinə görə, təşəkkürümüzü bildiririk. Amma demişəm ki, bacarsaq Hüseynin qəbirüstü abidəsini özümüz düzəltidərəcəyik, bacarmasaq da qalacaq".

Rəqsanə isə verilişə telefon bağlantısı ilə qoşularaq bunları deyib: "Mən o işi reklam xatirinə görmürdüm. Amma istəmədilərsə, yenə də sağ olsunlar".

Qeyd edək ki, veriliş efirdə olan zaman elan olundu ki, proqramın gedişi zamanı H. Dəryanın ailəsi Rəqsanənin qəbirüstü abidəyə çəkdiyi 1550 manatı geri qaytarıblar.

İntiqam Valehoğlu
AzNews.az