“Neftçi”nin bəxtinə “İnter”, “Rubin və “Partizan” düşüb

31 Avqust 2012 16:07 (UTC+04:00)
Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Artıq məlumat verdiyimiz kimi, ölkəmizi bu mərhələdə ilk dəfə olaraq "Neftçi" təmsil edəcək. Bugün bakılıların rəqibləri müəyyənləşib.

Belə ki, "H" qrupuna düşən "Neftçi"nin bəxtinə 2009/10 mövsümündə Çempionlar Liqasının qalibi olmuş İtaliyanın "İnter" klubu çıxıb. Milan təmsilçisi ilə yanaşı, Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları da "ağ-qaralar"a rəqib olub.

Emin Abbasov
AzNews.az