Rusiya Krım tatarlarının liderinə qadağa qoydu

22 Aprel 2014 11:43 (UTC+04:00)
Krım tatarlarının lideri Mustafa Cəmilovun 2019-cu ilə qədər Rusiyaya və Krıma daxil olmasına qadağa qoyulub. AzNews.az-ın məlumatına görə, bunu Krım Tatar Xalq Məclisinin mətbuat katibi Liliya Müslümova deyib. O bildirib ki, M. Cəmilova Ukrayna-Krım sərhəd-keçid məntəqəsində bildiriş təqdim edilib: "Bu gün səhər saatlarında Krım tatarlarının lideri Mustafa Cəmilov Məclisin sədr müavini Aslan Ömərlə birlikdə Krımı Kiyevə getmək üçün tərk ediblər. Sərhəd keçid məntəqəsində Krıma və Rusiyaya girişə icazə verilməməsi ilə bağlı bildiriş təqdim olunub. Onun diqqətinə çatdırılıb ki, bu Rusiyanın hüquqdur". M. Cəmilov isə mediaya açıqlamasında deyib ki, o Krıma gələcək və bu onun haqqıdır.

AzNews.az