“Mançester Yunayted”in baş məşqçisi bəlli oldu

22 Aprel 2014 14:02 (UTC+04:00)
Cari mövsümün sonunadək "Mançester Yunayted"i komandanın futbolçusu Rayan Giggz çalışdıracaq. Qol.Az-ın xəbərinə görə, bu haqda "Sky Sports" məlumat yayıb.

2012-ci ilik oktyabrından komandanın məşqçilər heyətində də yer alan Giggz baş məşqçinin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, 41 yaşlı uelsli futbolçu cari mövsümdə İngiltərə çempionatında 11 oyunda meydana çıxıb və 1 qolun ötürməsini verib.

Xatırladaq ki, "MY" bu gün baş məşqçisi Devid Moyesi istefaya göndərdiyini açıqlayıb.

AzNews.az