Adnanın Azərbaycanı təhqir edən “kedicik”i - Danışdı - FOTO

22 Aprel 2014 17:22 (UTC+04:00)
Türkiyədə məşhur dindar Adnan Oktarla bağlı Azərbaycan mətbuatında yazılanlar səs-küyə səbəb olub.

Bu gün Adnan Oktarın "kediciklər" adlandırdığı cazibədar xanımların "Tvitter" hesablarında Azərbaycan haqqında təhqiramiz ifadələr işlətdikləri haqqında mediada bir sıra məlumatlar yayılıb.

Lakin məsələ ilə bağlı açıqlama verən "kediciklər" bu tivitlərin onlarla heç bir bağlılığı olmadığını deyiblər.

AzNews.az - ın xəbərinə görə, Adnan Oktarın ən sevimli "kedisi" olan Didəm Ürər Publika.az-a özəl açıqlamasında yazılanlara münasibət bildirib.

-Didəm xanım, son günlər Azərbaycan mediasında xocanız dediyiniz Adnan Oktar və sizlər haqqında çoxlu yazılar dərc olunur. Oxumusunuzmu, necə qarşılayırsınız?

-Bəli, bu yazılarla tanışıq. Biz çox izlənan bir dini qrupuq. Məqsədimiz dünyada islam birliyinin qurulmasıdır. Bizim söhbətlərimiz anti-Darvinizim və anti-materializim ətrafında olduğu üçün bəzi solçu çevrələri narahat edir. Onlar tez-tez bizə qarşı belə hücumlar edirlər. Azərbaycan mediasında yazılanlar bunun tərkib hissəsidir.

-Bu gün sizin qrupun qızlarının yazdığı deyilən tivitlər gerçəkdən sizəmi aiddir?

-Əsla, dediyim kimi, bu bizə qarşı olanların qara propaqandansından başqa bir şey deyil. Azərbaycan bizim ikinci vətənimzidir. Sizlər bizim can qardaşlarımızısınız. Başqa bir durum müzakirə mövzusu deyil.

-Azərbaycan mediasında Adnan Oktarın ətrafında olan qadınları cinsi istismara məruz qoyduğu deyilir. Hətta bunla bağlı konkret şikayətçi var. Nə düşünürsünüz xocanız haqqında?

-Bunlar çox ucuz propaqanda üsullarıdır. Heç kim belə xəbərlərə inanmaz. Meyvə verən ağac daşlanır həmişə. Peyğəmbər əfəndimizə iftira atanlar müsəlmanlara hər zaman iftira atar. Həzrəti Yusifə də iftira atmışdılar.

-Azərbaycana gəlməyi düşünürsünüzmü xocanızla birlikdə?

-Hazırda düşünmürük. Amma birləşək, pasportlar ortadan qalxısn gələrik.

-Niyə müstəqil bir dövlət olan Azərbaycanın Türkiyəyə birləşməsini israrla təkid edirsiniz?

-Bu siyasi bir birləşmək tələbi deyil, sadəcə könül bağından söhbət gedir.

-Könül bağımız zatən var. Bu durumda siyasi bir istək olmurmu bu?

-Xeyir, bu islam birliyinin ilk mərhələsi olmalıdır.

-Adnan Oktar sizi canlı yayımdan kənarlaşdırdı. Necə qarşıladı qızlar bunu?

-Bu bizim ortaq qərarımızdır və normal qarşıladıq.

-Həm islam, həm də dekolitə bir arada necə mümkündür?

-İslam gözəl olan hər şeydir. Dində basqı yoxdu. Kim istəyir hicab taxsın, kim də istəyir dekolitə geyinsin. Əsas əxlaqlı olmaqdır.

-Adan Oktar niyə sizə "kediciklər" deyir?

-Bu medianın uydurduğu bir şeydir. Xocamız pişikləri çox sevir deyə belə bir şey uydurublar.

-Narahat etmir sizi?

-Yox, pişiklər çox gözəl heyvandır.


AzNews.az