ANS-dən Azad Rəhimovun məhkəmə xəbərinə REAKSİYA
23 Aprel 2014 12:46 (UTC+04:00)
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Gənclər və İdman Naziri Azad Rəhimovun ANS-ə qarşı məhkəmə iddiasına münasibət bildirib.
Mais Mənsimov Aktual.az-a açıqlamasında Azad Rəhimovun televiziya barəsində həqiqəti əks etdirməyən fikirlər səsləndirdiyini dedi:
"Azad Rəhimov yalan deyir, çünki o xəbərin istinad mənbəyi başqa saytdır".
Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin ANS-i məhkəməyə verməsində problem yoxdur:
"Azad Rəhimovun rəhbərlik etdiyi nazirlik bizim barəmizdə məhkəməyə müraciət edə bilər. Buna onların hüquq çatır".
Xatırladaq ki, Azad Rəhimovun ANS-ə qarşı məhkəmə iddiasının səbəbi nazirliyin Daşkəsən rayonundakı Gənclər Mərkəzinin tikintisində korrupsiya faktına yol verilməsi ilə bağlı televiziyanın yaydığı xəbər olub.
AzNews.az