Ermənistan Macarıstanla diplomatik münasibətləri kəsdi

31 Avqust 2012 21:59 (UTC+04:00)
Ermənistan Macarıstanla bütün diplomatik əlaqələri rəsmən dayandırdı. AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə qərarı Ermənistan prezidenti Serj Sarkisyan təhlükəsizlik şurasının fövqaladə iclasında açıqlayıb. " Mən rəsmi şəkildə bəyan edirəm ki, bu gün biz Macarıstanla diplomatik və rəsmi əlaqələri dayandırırıq".

O, Həmçinin Macarıstanı ittiham edərək bildirib ki, Avropa Birliyi və NATO- nun üzvü olan ölkə Azərbaycanla işbirliyinə girərək etnik və dinə zəmində cinayətlərin davam etdirilməsinə imkan yaradıb.

" Mən bunula barışa bilmərəm, Ermənistan bununla barışa bilməz". Sarkisyan həmçinin macar hökumətini onları aldatmaqda ititham edib və bildirib ki, onlar bizi ekstradisya ilə bağlı narahat olmamağa çağırırdılar amma, bu gün Ramil Səfərov Bakıdadır.

Ədil
AzNews.az