İlham Əliyev Çexiya Deputatlar Palatasının sədri ilə görüşdü

23 Aprel 2014 20:39 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşüb.

AzNews.az - ın xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

AzNews.az