Ermənistanı məğlub etdik - Qələbə

31 Avqust 2012 22:34 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün dördüncü turun oyunları keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığması dördüncü görüşünü son Avropa çempionuna – Almaniyaya qarşı keçirib. Baş məşqçi Vladimir Tukmakov bu görüşdə Teymur Rəcəbov, Eltac Səfərli, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov dördlüyünə şans verib. Eltacla Şəhriyar rəqibləri ilə sülhə razılaşıb. Teymur qələbə qazanıb. Amma təəssüf ki, Qədir uğursuz çıxış edib. Nəticədə, yığmamız son qitə çempionu ilə sülhə razılaşıb - 2:2.

Yığmamız hazırda 6 xalla 4-cü yerdə gedir. Azərbaycanı yalnız ABŞ, Çin və Almaniya qabaqlayır.

Qadınlardan ibarət yığmamız isə bu tur Ermənistan ilə qarşılaşıb. Qələbə ümidlərimiz Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Xəyalə İsgəndərovaydı. Zeynəblə Türkan rəqiblərini məğlub edib. Xəyalə isə heç-heçəyə razılaşıb. Gülnarın məğlubiyyəti isə komandamızın 2,5:1,5 hesablı qələbəsinə mane olmayıb. Qadınlardan ibarət yığmamız 35-ci yerdə gedir.

09:53

Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir.Azerisport.az xəbər verir ki, bu gün dördüncü turun oyunları keçiriləcək. Azərbaycanın kişilərdən ibarət yığması dördüncü görüşünü son Avropa çempionuna - Almaniyaya qarşı keçirəcək. Qadınlardan ibarət yığmamız isə bu tur Ermənistan ilə qarşılaşacaq.

AzNews.az