Avropa Birliyi Abxaziya ilə əməkdaılığa başlayır

1 Sentyabr 2012 09:27 (UTC+04:00)
Avropa Birliyi Abxaziya ilə təhsil, səhiyyə və kənd təsərüfatı sahəsində layihə reallaşdırmağa başlayır. AzNews.az-ın regnum.ru saytına istinadən verdiyi məlumata görə, tanınmamış respublikanın Xarici İşlər naziri Vyaçeslav Çirikba Birliyin cənubi Qafqaz üzrə nümayəndəsi Maqdalen Qrono və layihənin rəhbəri Troya Blanko ilə görüşüb.

Abxaziya tərəfdən görüşdə xarici işlər nazirinin müavini İrakli Xintba da iştirak edib. Görüşdə adı çəkilən istiqamətlər üzrə əməkdaşlığın mümkün variantları müzakirə olunub və təklif edilib ki, birlik ölkələrindən yüksək ixtisaslı professorlar Abxaziya universitetlərində tədrislə məşğul olsunlar. Bundan əlavə, Maqdalen Qorno Abxaziyada treyninqlərin keçirilə biləcəyini də deyib və əlavə edib ki, treyninqlər, hüquqmühafizə orqanları əməkdaşlarını, səhiyyə işçilərini əhatə edə bilər.

Sadiq
AzNews.az