Tamerlan Qarayev Bakıya qayıtdı

1 Sentyabr 2012 10:11 (UTC+04:00)
Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev ötən gecə Bakıya gəlib.

Əməkdaşımız T.Qarayevlə əlaqə saxlayaraq, onun Azərbaycana dönüşünün səbəbiylə maraqlanıb. Səfir Modern.az-a açıqlamasında səfir Bakıya gəlişinin səbəbini qısa müddətə məzuniyyətə çıxmasıya əlaqələndirib. O, deyib ki, bir həftəlik məzuniyyət götürüb və məzuniyyətini Bakıda keçirməyə qərar verib. Həftəsonu səfir yenidən diplomatik vəzifəsinin başına qayıdacaq.

Qeyd edək ki, Tamerlan Qarayev səfir kimi Azərbaycanı uzun illər Çində təmsil edib. Daha sonra o, Azərbaycanın Hindistandakı səfirliyinə rəbərlik edib. 2011-ci ilin sentyabrında isə ölkə başçısının sərəncamı ilə Tamerlan Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

AzNews.az