PKK-nın itkisi rekord həddə

1 Sentyabr 2012 10:18 (UTC+04:00)


Türkiyə Silahlı Qüvvələrinin hesabatına əsasən, PKK-nın itkisi rekord saya çatıb. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə yanvarın 1-dən avqustun 30-dək aparılan hərbi əməliyyatlar çərçivəsində 389 PKK üzvü öldürülüb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən açıqlanan rəqəmə sadəcə Türkiyə sərhədləri çərçivəsində aparılan əməliyyatlar zamanı öldürülən terrorçular aid edilir.

Bahadur
AzNews.az