Dünyada və Azərbaycanda bu gün

1 Sentyabr 2012 12:36 (UTC+04:00)
AzNews.az az 1 sentyabr tarixi üçün əlamətdar hadisələri təqdim edir:

Bu gün "Trend" Analitik-İnformasiya Agentliyinin yaranmasının 17 ili tamam olur. Agentlik 1 sentyabr 1995-ci ildə yaradılıb, xüsusiləşdirilmiş informasiya agentliyidir. Onun partnyorları sırasına Reuters, İnternet Sejurity, FRANS PRESS, BBC daxildir. "Trend" mütəmadi olaraq ABŞ, Fransa, Türkiyə və Almaniya ilə işgüzar əlaqələrini davam etdirir.

1 sentyabr, həmçinin, "LİDER" Telekanalının yaranması günüdür. Telekanal öz fəaliyyətinə 2000-ci ildə başlayıb. Media Ltd Şirkətinin yaratdığı bu telekanalın əsas meyarı özəl, professional və rəngarəng proqramlar hazırlamaqdır. 30 avqust 2001-ci ildən "LİDER" Telekanalı dünya teleməkanına daxil olub. Həmin gündən etibarən çanaq antenlərinin köməyi ilə bütün Avropa və Asiyaya yayımlanır.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi 1 sentyabr 2001-ci ildə yaradılıb. Kompleksdə məktəbəqədər tərbiyə müəssisəsi, ümumtəhsil orta və 39 saylı musiqi məktəbi fəaliyyət göstərir. Bundan əlavə, kompleksin tərkibinə idman zalı, stadion, üzgüçülük hovuzu, qonaq evi və yeməkxana daxildir. Məktəbdə tədris dili Azərbayjan dilidir. Ancaq xarici dillərin öyrənilməsinə də geniş yer verilir. Kompleksdə milli rəqs və teatr dərnəkləri, təsviri incəsənət və musiqi studiyaları fəaliyyət göstərir.

"Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov 1 sentyabr 1950-ji ildə anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbayjan Neft və Kimya İnstitutunu bitirib. 1974-1978-ji illərdə mühəndis-texnoloq və növbə rəisi, 1979-1980-ji illərdə "Federovskneft"də neft emalı rəisi vəzifələrində çalışıb. 1991-1992-ji illərdə SSSR neft və qaz sənayesi nazirinin müavini işləyib. 1991-ji ilin sonunda razılıq əsasında üç – "Koqalımneftqaz", "Urayneftqaz" və "Lanqepasneftqaz" zavodlarını birləşdirərək "LUKOYL" neft konsernini yaratdı və hal-hazırda həmin şirkətin prezidentidir. İqtisad elmləri doktorudur. Ailəlidir, bir övladı var.

Azərbayjan Dillər Universiteti 1 sentyabr 1948-ci ildə yaradılıb. Universitetdə bakalavr və magistr dərəjəli tələbələr təhsil alır. Universitetdə hazırlıq mərkəzi fəaliyyət göstərir ki, onun da tərkibinə 9 aylıq və 2 illik xarici dil kursları və xarici tələbələr üçün hazırlıq şöbəsi daxildir. Universitetin 3 tədris binası, 500 000 nüsxədən artıq fondu olan kitabxana və linqvistika mərkəzi vardır.

1 sentyabr Özbəkistanda Müstəqillik Günüdür. 31 avqust 1991-ci ildə qəbul edilmiş bəyannamədən sonra özbək xalqı 1 sentyabr tarixini Müstəqillik günü kimi qeyd edir. Konstitusiyaya uyğun olaraq Özbəkistan Demokratik ölkədir. Orta Asiyada yerləşir.

Bu tarixi Slovakiya Konstitusiya günü kimi qeyd edir. 1990-cı ildə federasiya və respublika arasında kompetensiyanı təyin etmək üçün konstitusiya qanununu qəbul etdi. Bununla yanaşı dövlət idarəçiliyi haqda konsepsiyalar yaranırdı. 1992-ci ildəki seçkilərdən sonra 17 iyulda Slovakiya Respublikasının suverenliyi haqda Slovakiya Milli Sovetinin Bəyannaməsi qəbul edildi. 1 sentyabrda isə yeni, müstəqil dövlətin əsas qanunu qəbul edildi və bu tarixdən etibarən həmin gün konstitusiya günü kimi qeyd olunur.

Sevinc
AzNews.az