Prezident.az saytına erməni xakerlər hücum ediblər

1 Sentyabr 2012 13:04 (UTC+04:00)


Ermənilər Azərbaycana qarşı kiber hücum təşkil etdiklərini etiraf ediblər. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın informasiya təhlükəsizliyi məslələri üzrə ekspert Samvel Martirosyan bildirib ki, Prezident.az saytına hücum "Ermənistanın Kiber Ordusu" adlı xaker qrup tərəfindən törədilib. O, həmçinin bildirib ki, onlar sayta Qurqen Marqaryanın şəkilini yerləşdiriblər və bu aksiya Ramil Səfərovun azad edilməsinə cavab olaraq edilib.

Sadiq
AzNews.az