Müğənni Elton Zeynəb Xanlarovanın mahnısını oxuyacaq - Fotosessiya

1 Sentyabr 2012 13:55 (UTC+04:00)
Müğənni Elton Hüseynquliyev yaradıcılığında yeni uğurlara imza atmağa hazırlaşır. Onun artıq dünən yeni "Gecə gözlüm" mahnısı çıxıb.

Eltonun AzNews.az-a verdiyi məlumata görə, o, Zeynəb Xanlarovanın ifasında səslənən, ancaq yeni aranjimanla təqdim olunan daha bir mahnı üzərində işləyir. E. Hüseynquliyev bu mahnıya tezliklə "Badamı" adlı klip çəkdirəcəyini də bildirib.
Bundan əlavə, müğənni ikinci albom çıxarmağa və solokonsert verməyə hazırlaşır. Albomun payız aylarında işıq üzü görəcəyi gözlənilir.

Səadət Abbaslı
Mahir Hüsüyinbəyli
AzNews.az