Erməni politoloqu: “Ramil Səfərovun azad olunması Qarabağ danışıqlarında Ermənistan üçün əla kartdır”

2 Sentyabr 2012 11:11 (UTC+04:00)


AzNews.az-ın panarmenian.net saytına istinadən xəbər verir ki, Qafqaz institutunun direktoru politoloq Aleksandr İskəndəryan İrəvanda mətbuat konfransı keçirib və Ramil Səfərovun azad olunmasını Qarabağ danışıqlarında Ermənistan üçün əla kart kimi qiymətləndirib. O, bildirib ki, Səfərovun azad edilməsi Azərbaycanın beynəlxalq imicinə zərbə vurdu və bu səbəbdən Ermənistan bu faktdan ciddi şəkildə xarici siyasətdə və Qarabağ danışıqlarında istifadə etməlidir.

Qeyd edək ki, bundan əvvəl erməni cəmiyyəti və onun başında duranlar daha çox isterik bəyanatlar səsləndirir və erməniləri daha da coşduran absurd fikirlər söyləyirdilər. Deyəsən erməni baş bilənləri eyforiyadan ayılır və xalqı da soyuq ağıla dəvət edirlər, çünki hadisələr nəzarətdən çıxsa, bu dövlət çevrilişinə qədər gətirib çıxara bilər.

Sadiq
AzNews.az