14 mülki şəxs öldürüldü

3 Sentyabr 2012 09:40 (UTC+04:00)
Yəmənin Rada şəhərində 14 mülki şəxs yanlış aviazərbə nəticəsində qətlə yetirilib. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, "Əl-Qaidə" terrorçularına aid olduğu zənn edilən 2 avtomobilə aviazərbə endirilib.

Daha sonra məlum olub ki, avtomobillər mülki vətəndaşlara məxsus olub və ölənlər arasında qadın və uşaqlar var. Xatırladaq ki, bundan əvvəl endirilmiş aviazərbə zamanı 15 "Əl-Qaidə" terrorçusu qətlə yetirilmişdi
.
Sadiq
AzNews.az