Misir televiziyasında inqilab

3 Sentyabr 2012 09:43 (UTC+04:00)


Misir dövlət televiziyasının qadın aparıcısı telekanalın fəaliyyəti dövründə ilk dəfə efirə hicabda çıxıb. Fatimə Nabil inqilabın, nəhayət, Misir televiziyasına da gəldiyini bildirib. Anspress-in məlumatına görə, ekspertlər Nabilin nümunəsinə Misirin digər qadın diktorlarının da riayət edəcəyini ehtimal edirlər.

Qeyd edək ki, XX əsrin 60-cı illlərindən bəri Misirdə diktorların efirə müsəlman qadın baş geyimlərində çıxmasına qeyri-rəsmi qadağa mövcud olub. Bu yaxınlarda ölkənin informasiya naziri isə misirli qadınların üçdə-ikisinin hicab geyindiyini bildirib.

Xatırladaq ki, Hüsnü Mübarək devrildikdən sonra hakimiyyətə "Müsəlman qardaşlığı" hərəkatının nümayəndəsi Məhəmməd Mursinin gəlməsi ilə radikal islahatların aparılacağı gözlənilirdi.

AzNews.az