Bakı Ali neft Məktəbi müsabiqə keçirir

3 Sentyabr 2012 10:59 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi loqotipinin hazırlanması üçün müsabiqə elan edib. Loqotipdə BANM - nin təhsil sisteminə gətirəcəyi yeniliklər, şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri əks olunmalıdır.

Loqotiplə yanaşı təhsil müəssisəsinin intenet saytında, tanıtım materiallarında, rəsmi sənədlərin dizaynında istifadə ediləcək rənglərin də versiyaları təqdim edilməlidir. Müsabiqədə reklam agentlikləri, təcrübəli rəssam və dizaynerlər iştirak edə bilərlər. Qalibə 1000 (min) manat məbləğində mükafat və diplom təqdim ediləcək.

E.Əlosmanqızı
AzNews.az