“Barselona” Messi ilə ömürlük müqavilə nəzərdə tutub

4 Sentyabr 2012 11:57 (UTC+04:00)
Dünya futbolunu son zamanlar ən çox maraqlaqndıran Lionel Messiyə yeni təklif gəlir. Belə ki, Kataloniyanın "Barselona" klubu Lionel Messi üçün yeni müqavilə hazırlayır. Türk mətbuatının məlumatına görə, müqavilə argentinalı ulduzun futbolçu karyerasının sonuna qədər nəzərdə tutulub. Futbolçunun bu müqaviləni imzalayıb-imzalamayacağı məlum deyil.

Qeyd edək ki, Messi "Barselona"nın əsas komandasında 2004-cü ildən çıxış edir. O, bu müddətdə İspaniya çempionatında keçiridiyi 214 oyunda 169 qol vurub.

Bahadur Eyuboğlu
AzNews.az