Hollandiya erməniləri də küçələrə çıxır

4 Sentyabr 2012 12:02 (UTC+04:00)
Hollandiya erməniləri Ramil Səfərovun azad edilməsi ilə bağlı etiraz aksiyaları keçirməyi planlaşdırır. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Hollandiya erməniləri bu ölkədəki Macarıstan səfirliyi qarşısında "Haydat" birliyinin təşkilatçılığı ilə etiraz aksiyaları keçirəcək.

Verilən məlumata görə, artıq bu barədə informasiya ölkədəki bütün erməni təşkilatlarına və onların sıravi üzvlərinə göndərilib. "Haydat" birliyi hesab edir ki, etiraz aksiyaları möhtəşəm olacaq və ermənilər öz etirazlarını Macarıstan səfirliyi qarşısında bildirəcəklər.

Qeyd edək ki, digər Avropa ölkələrindəki erməni təşkilatları da etiraz aksiyası keçirəcəkləri ilə bağlı bəyanatlar vermişdi.

Sadiq
AzNews.az