TQDK nəticələri açıqladı

4 Sentyabr 2012 12:04 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb

TQDK-dan AzNews.az-a verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın rəsmi saytına yerləşdirilib.

Abituriyentlər həmçinin nəticələr barədə məlumatı mobil telefonla "İmtahancell" (Azercell nömrələrindən), "Cavab" (Bakcell nömrələrindən) və "Imtahan-info" (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.

Xatırladaq ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib.

İlkin
AzNews.az