Erməni çoban itkin düşdü

4 Sentyabr 2012 13:31 (UTC+04:00)
Ermənistanın Berd şəhər sakini, 1941-ci il təvəllüdlü Askanaz Məlikyan itkin düşüb. APA-nın "Yerkramas"a istinadən verdiyi məlumata görə, çoban olan A. Məlikyan sürünü sentyabrın 2-də "Durnalı" otlağına aparıb və geri qayıtmayıb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi çobanın Azərbaycan sərhədində yoxa çıxdığını açıqlayıb. Hadisə yerinə 6 xilasedici göndərilib. Axtarışa A. Məlikyanın qohumları da qoşulub. Lakin hələlik çobandan xəbər yoxdur.

AzNews.az