“Neftçi“nin Avroliqadakı bütün oyunları canlı yayımlanacaq

4 Sentyabr 2012 13:48 (UTC+04:00)
İdman Azərbaycan kanalından bildirilib ki, Azərbaycanda Avroliqanın qrup mərhələsinin oyunlarının yayım hüququ "İdman Azərbaycan" və dövlət televiziyasında olduğundan "Neftçi"nin iştirakı ilə həm ev, həm də səfər oyunlarına bu kanallarda baxmaq mümkün olacaq.

Oyun hər iki kanalda parelel olaraq yayımlanacaq. Ümumiyyətlə, yayım hüququnu əldə edən kanal istənilən oyunu canlı göstərmək imkanına malikdir. Telekanal tərəfdən buna görə klublara heç bir vəsait ödənilməyəcək. Çünki telekanal yayım hüququnu almaq üçün UEFA-ya vəsait ödəyir.

Bahadur
AzNews.az