Milli Məclisin gündəliyi bəlli oldu

4 Sentyabr 2012 13:15 (UTC+04:00)


Parlamentdən AzNews.az-a verilən xəbərə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, sentyabrın 15-də parlamentin komitələri fəaliyyətə başlayacaq. Cari ilin sentyabrın 30-da isə Milli Məclisin payız sessiyasının ilk iclası keçirilməyəcək. Bu il sentyabrın 30-u istirahət gününə təsadüf etdiyi üçün ilk iclas oktyabrın 1-də və ya 2-də keçiriləcək.

Payız sessiyasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" və büdcə zərfinə daxil olan qanun layihələri, eləcə də ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni həyatı üçün vacib olan bir sıra sənədlər, beynəlxalq sazişlər və müqavilələr müzakirə olunacaq.

İlkin
AzNews.az