Fənarbağça Qalatasarayı qəzəbləndirdi

4 Sentyabr 2012 16:13 (UTC+04:00)
Fənarbağça və Qalatasaray arasında əzəli rəqabət davam edir. İki futbol komandasının tərafdarları sosial şəbəkələrdə adətən bir-birini təhqir edən sözlər belə yazırlar. Hətta Türkiyənin bəzi sayıtları da bu xəbərləri yayaraq tərafdarların ifrat şəkildə qəzəblənməsinə səbəb olur.

Fənarbağça tərafdarlarının internetdəki görüş məkanı sayılan superFB.com isə bu gün komandanın yeni transveri Raul Meirelesin bir müsahibəsini yayımlayıb. Yayımlanan videonun arxasınca Qalatasarayı qəzəbləndirəcək musiqi verilib. Türk mətbuatında yayılan xəbərlərdə bildirilir ki, bu gedişlə oyunlar zamanı tərafdarlar arasında dava-dalaşın baş verməsi qaçınılmazdır.

Bahadur
AzNews.az