Hakerlər «Əl-Cəzirə»yə hücüm etdi

5 Sentyabr 2012 06:15 (UTC+04:00)


Hakerlər Qətərin "Əl-Cəzirə" telekanalının saytını dağıdıblar. Onlar öz hərəkətlərini telekanalda Suriya münaqişəsi barədə "yalançı" məlumatlar getməsi ilə izah ediblər.

Saytın əsas səhifəsində hakerlər Suriya bayrağını və müvafiq müraciəti yerləşdiriblər. Hücuma görə məsuliyyəti öz üzərinə "Əl Raşedon" qrupu götürüb.
Hücum "Əl-Cəzirə"nin yayımına təsir etməyib.

AzNews.az