İran hərbi gəmiləri ABŞ sahillərinə üzür

5 Sentyabr 2012 08:51 (UTC+04:00)
İran hərbi gəmiləri ABŞ sahillərinin 12 mil yaxınlığına qədər gedəcək. Bu barədə İran ordusunun dəniz qüvvələri komandanı Həbibullah Səyyari məlumat verib. AzNews.az "İRNA" xəbər agentliyinə istinadən xəbər verir ki, Səyyari bunu ABŞ hərbi gəmilərinin İranın dəniz sularının yaxınlığına gəlməsinə qarşı atılan addım kimi xarakterizə edilib.

Səyyari öz müsahibəsində "Biz İranın mənafeyini qorumaq məqsədi ilə bütün azad dənizlər və beynəlxalq sularda var olacağıq" deyə vurğulayıb. Onun sözlərinə görə, İran ordusunun dəniz qüvvələri indi yalnız körfəzdə deyil, Hind okeanının şimalında, Adan körfəzi və Babülməndəbəyə qədər sularda yerləşdirilib.

Qeyd edək ki, iki həftə əvvəl ABŞ - ın müasir hərbi gəmisi İranın cənub sahilləri və Fars körfəzinə daxil olmaq üçün ABŞ sahillərini tərk etmişdi. Gəminin Fars körfəzinə vaxtından 4 ay əvvəl ezam olunmasının səbəbi körfəzdə təhlükəsizliyin qorunması və Hörmüz boğazının İran tərəfindən bağlanmasının qarşısını almaqdır.

Alpər
AzNews.az