Ermənilər Budapeşti ayağa qaldırdı - Fotolar

5 Sentyabr 2012 09:14 (UTC+04:00)


Ermənilər Budapeştdə parlament binası qarşısında kütləvi etiraz aksiyası keçirir. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları bu ölkə əleyhinə şüarlar səsləndirirlər.

Ramil Səfərovun azad edilməsinə etiraz edən aksiyaçılar " Macarıstanın qüruru satılmaq üçün deyil", "biz ermənilərdən üzr istəyirik" kimi şüarlar səsləndirilər.

Bununla belə etiraz aksiyasının təşkilatçıları barədə məlumat verilmir və aksiya macar cəmiyyətinin etirazı kimi təqdim olunur.

Qeyd edək ki, Holandiya, Hindistan və Gürcüstanda da etiraz aksiyaları keçirilir. Sabah isə Fransada analoji aksiya təşkil olunacaq.

Sadiq
AzNews.az