5 yaşlı uşaq şəhzadəni utandırdı

5 Sentyabr 2012 12:18 (UTC+04:00)

Son günlər dünya mətbuatında gündəmdən düşməyən İngiltərə taxtının 3-cü vəliəhdi şahzadə Harry yenidən kamrelara qarşısına keçib. İngiltərədə xərçəng xəstəsi olan uşaqlara yardım tədbirində iştirak edən şahzadənin üzünü bu dəfə 5 yaşlı uşaq qızardıb.

Uşaq şahzadəyə "aa bu dəfə lüt deyilsən" sözlərini deməyi ilə Harry utanmağını gizlədə bilməyib. Vəziyyətdən çıxmaq üçün Harry uşağın sözlərini eşitməzlikdən gəlib.

Səadət Abbaslı
AzNews.az