71 yaşlı qadına təcavüz olundu

5 Sentyabr 2012 12:44 (UTC+04:00)
Sankt - Peterburq polisi Kolpino şəhərində 71 yaşlı təqaüdçü qadına təcavüz etməkdə şübhəli bilinən 41 yaşlı Türkiyə vətəndaşını saxlayıb. Daxili İşlər Nazirliyinin Sanrt-Petrrburq Baş Idarəsinin mətbuat xidmətinin məlumatına görə, avqustun 29 - da Kolpino şəhər xəstəxanasına kəllə-beyin travması və təcavüz əlamətləri ilə 71 yaşlı qadın gətirilib.

Operatıv-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Sankt-Peterburqda qeydiyyatsız yaşayan Türkiyə vətəndaşı saxlanılıb. Hadisə yerində qadına qarşı zorakılıq və seksual xarakterli hərəkətlər edərək qaçıb gizləndiyi bildirilən şəxsə qarşı cinayət işi açılıb.

E.Əlosmanqızı
AzNews.az