XİN - Şairlərin Azərbaycana nə vaxt gələcəyi bəlli deyil

5 Sentyabr 2012 12:58 (UTC+04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dünən İranda azadlığa buraxılan gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin Azərbayacana gəlmələrinin vaxtı bəlli deyil.

Xatırladaq ki, poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə ittiham olunmaları barədə məlumat verilmirdi.

İlkin
AzNews.az