Ermənistan Macarıstanla parlament əlaqəsini rəsmən kəsdi

5 Sentyabr 2012 13:07 (UTC+04:00)


Ermənistan parlamentidə növbədənkənar iclas çağırılıb. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, iclasda Ramil Səfərovun ekstradisiyası ilə bağlı müzakirələr aparılıb və rəsmi olaraq Macarıstanla parlamentlərarası münasibətlərin rəsmən dayandırılması ilə bağlı səsvermə keçirilərək bəyanat qəbul olunub. Verilən məlumata görə, iclasda 90 parlamentari iştirak edib.

Bəyanatda Macarıstan və Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirilib və qeyd edilib ki, dünya birliyi Ramil Səfərovun azad edilməsinə reaksiyasını ortaya qoymalıdır.

Sadiq
AzNews.az